...

Yanacaq-sürtkü materiallarının dünya qiymətləri İrana qarşı sanksiyalardan ziyan çəkməyəcək – beynəlxalq ekspertlər

Energetika Materials 9 İyul 2010 10:45 (UTC +04:00)
Nüvə proqramı ilə bağlı İranın nüvə proqramına qarşı yönəlmiş sərtləşdirilmiş sanksiyaların ən ağır nəticələrindən biri ən iri şirkətlərin bu ölkəyə benzin satışını dayandırmasıdır. Belə hərəkətlərin nəticəsi İran üçün ciddi ola bilər. Ölkə kəskin yanacaq qıtlığı ilə üzləşə bilər.
Yanacaq-sürtkü materiallarının dünya qiymətləri İrana qarşı sanksiyalardan ziyan çəkməyəcək – beynəlxalq ekspertlər

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Bədəlova/

Nüvə proqramı ilə bağlı İranın nüvə proqramına qarşı yönəlmiş sərtləşdirilmiş sanksiyaların ən ağır nəticələrindən biri ən iri şirkətlərin bu ölkəyə benzin satışını dayandırmasıdır. Belə hərəkətlərin nəticəsi İran üçün ciddi ola bilər. Ölkə kəskin yanacaq qıtlığı ilə üzləşə bilər.

Ötən ayın sonlarında Fransanın "Total" şirkəti İrana benzin satışını dayandırıb. Bu il həmin şirkət ölkəyə ən iri yanacaq ixracatçısı və İİR bazarında 25 faizlik paya sahib olub. Belə qərar ABŞ Konqresinin Obamaya İrana avtomobil benzini və digər neft məhsulları satan şirkətləri cəzalandırmağa icazə verən yeni qanunu təsdiq etməsindən dərhal sonra qəbul edilib. İrana benzin satışını dayandıran şirkətlər sırasında RD/Shell Britaniya-Nİderland şirkəti, İspaniyanın "Repsol", Niderlandın "Vitol", Malaziyanın "Petronas" şirkətləri də var.

Bu gün İran özünün benzinə olan daxili tələbatını ödəmək üçün kifayət qədər neft emalı zavodlarına malik deyil. Və bununla əlaqədar olaraq ölkə yanacaq-sürtkü materiallarına olan ümumi daxili tələbatın 40 faizə qədərini idxal etmək məcburiyyətindədir.

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, 2009-cu ildə İranda benzin idxalı sutkada 130 min barelə yaxın təşkil edib ki, bu da idxal olunan məhsulların ümumi həcminin 80 faizə yaxınını təşkil edir.

Qərb analitiklərinin fikrincə, ölkədə benzin çatışmazlığına baxmayaraq, bir çox şirkətlərin İrana qaz satmaqdan imtina etməsi üzündən ölkədə yanacağın qiymətləri artmayacaq.

Amerikanın ESAI (Energy Security Analysis) analitik şirkətinin analitiki Endryu Ridin sözlərinə görə, İrana bəzi idxalçıların benzin satmaqdan imtina etməsi yəqin ki, İran üçün idxal olunan benzinin qiymətini artıracaq.

"Lakin düşünmürəm ki, bu, İrandakı pərakəndə qiymətlərə təsir edəcək, çünki ölkədə benzinin qiyməti subsidiyalaşdırılıb", - Rid elektron poçtla Trend-ə bildidrib.

Ridin fikrincə, İrana qarşı tətbiq edilən sanksiyalar dünyada benzinin qiymətlərinə də təsir etməyəcək.

Bu gün İranda benzinin qiymətləri dövlət subsidiyalarının verilməsi yolu ilə tarazlaşdırılır. Ölkədə avtomobil benzininin satışı kartoçka sistemi vasitəsilə həyata keçirilir və güzəştli qiymətlərlə yanacağın həddinin müəyyən edilmiş həcmlərini nəzərdə tutur.

İrana son "zərbələrdən" biri də bu həftə Aviasiya təhlükəsizliyi üzrə Avropa Komitəsinin "Iran Air" aviaşirkətinə məxsus avialaynerlərin 2/3-nin Aİ-nin hava məkanında uçuşlarına qadağa qoyması oldu.

Bu həftənin əvvəlində İran tərəfi üç ölkəni - Böyük Britaniya, Almaniya və BƏƏ-ni İranın sərnişin avialaynerlərinin yanacaqla təmin olunmasından imtina etməkdə günahlandırıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ABŞ) energetika və milli təhlükəsizlik proqramı üzrə baş məsləhətçisi Qay Karuzo qadağanın eynilə ona olan tələb kimi təyyarə yanacağının qiyməti üçün böyük nəticələri olacağını gözləmir.

"Hesab edirəm ki, "Iran Air" aviaşirkətinə qoyulan qadağanın cüzi təsir göstərəcəyini və ya təyyarə yanacağına olan tələb və qiymətlərə ümumiyyətlə təsir göstərməyəcəyini söyləmək doğru olar", - əvvəllər ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) rəhbəri olan Karuzo Trend-ə bildirib.

İyulun 6-da Rotterdam (ARA) təyyarə yanacağının qiyməti bir ton üçün 658,5 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti