...

Qərb analitikləri İrana qarşı sanksiyalarda ölkənin ixracı üçün təhlükə görmürlər

Energetika Materials 9 İyul 2010 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Bələlova/

İrana qarşı sanksiyaların sərtləşdirilməsi bir çox iri şirkətlərin bu ölkəyə avtomobil benzini idxalını dayandırmasına gətirib çıxarsa da, bu, İran ixracına təsir göstərməyəcək. Qərb analitikləri belə hesab edirlər.

"Getdikcə daha çox şirkətlər İranla kommersiya əlaqələrini kəsirlər. Bununla yanaşı, bizim sanksiyaların Asiya bazarına böyük təsir göstərəcəyinə şübhə edirəm", - ABŞ-ın Energy Security Analysis (ESAI) şirkətinin neft bazarları şöbəsinin rəhbəri Rik Müller elektron poçtla Trend-ə bildirib.

Onun fikrincə, İrana və onun nüvə proqramına qarşı yönələn sanksiyaların sərtləşdirilməsi, məsələn, İranın Çinə ixracına təsir göstərməyəcək. Onun sözlərinə görə, İran ona qarşı tətbiq edilən sanksiyaların nəticələri ilə bağlı vəziyyətdən çıxış yollarını tapmağa nəzərəçarpacaq dərəcədə nail olub. Bu gün İranın gəlirləri əhəmiyyətli dərəcədə əsas istiqamətini Cənub-Şərqi Asiya təşkil edən neft ixracından asılıdır.

Bu gün İrana qarşı sanksiyaların ən ağır nəticələrindən biri Fransanın "Total", RD/Shell (Britaniya-Niderland), İspaniyanın "Repsol", Niderlandın "Vitol", Malaziyanın "Petronas" şirkətləri kimi iri şirkətlərin ölkəyə benzin idxalını dayandırmasıdır.

ABŞ-ın Energetika məlumatları üzrə Dövlət İdarəsinin (EIA) məlumatına görə, 2008-ci ildə İranda neft ixracı sutkada 2,6 milyon barel olub. Həmin il İranın neft ixracından gəlirləri 73 milyard dollara yaxın təşkil edib.

İran Yaponiyaya neft idxalçıları arasında birinci yeri tutur. EIA-nın məlumatına görə, 2008-ci ildə o, bu ölkəyə sutkada 520 milyon barel neft ixrac edib. İranın Çinə neft ixracı sutkada 430 milyon barel, Hindistana 410 milyon barel, Cənubi Koreyaya 210 milyon barel təşkil edir.

ESAI şirkətinin analitiki Endryu Ridin bir az əvvəl Trend-ə dediyinə görə, bir sıra şirkətlərin ölkəyə benzin idxalından imtina etməsi çox güman ki, ölkədə idxal olunan neft məhsullarının qiymətlərini artıracaq. Lakin, onun fikrincə, şirkətlərin qərarı İranda subsidiyalaşdırılması ilə əlaqədar benzinin pərakəndə qiymətlərinə təsir etməyəcək.

Ridin fikrincə, İrana qarşı tətbiq olunmuş sanksiyalar benzinin dünya qiymətlərinə də təsir etməyəcək.

Xəbər lenti

Xəbər lenti