...

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurası fondun 2010-cu il büdcəsinə dəyişiklikləri təsdiq edib

Energetika Materials 9 İyul 2010 18:43 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iyulun 9-da keçirilən iclasında Fondun 2010-cu il büdcəsinin icrası layihəsinin təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi qərara alınıb.
Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurası fondun 2010-cu il büdcəsinə dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iyulun 9-da keçirilən iclasında Fondun 2010-cu il büdcəsinin icrası layihəsinin təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi qərara alınıb. Bu barədə ARDNF-in cümə günü yayılan məlumatında deyilir.

İclas zamanı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatı, Fondun 2009-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt & Tuş şirkətinin) hesabatını və Fondun büdcəsinin icrası layihəsini təqdim edib.

Müşahidə Şurası Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab edib.

2009-cu ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 8 176,7 milyon manat, xərcləri isə 5 294,5 milyon manat olub.

Müşahidə Şurasının iclası Baş nazir Artur Rasizadənin sədrliyi ilə keçib və o, 2010-cu il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni müddətə sədri seçilib.

Xəbər lenti

Xəbər lenti