...

Azərbaycan "Statoil"un biznesində həlledici əhəmiyyətə malikdir – şirkət nümayəndəsi

Energetika Materials 10 İyul 2010 12:40 (UTC +04:00)
Azərbaycan, Anqola və Əlcəzair "Statoil" şirkətinin biznesində mühüm əhəmiyyət kəsb edir, - bu barədə Yaxın Şərqdə "Statoil"un kəşfiyyat işləri üzrə meneceri Egel Rasmussen Pakistana səfəri çərçivəsində deyib.

Аzərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Anqola və Əlcəzair "Statoil" şirkətinin biznesində mühüm əhəmiyyət kəsb edir, - bu barədə Yaxın Şərqdə "Statoil"un kəşfiyyat işləri üzrə meneceri Egel Rasmussen Pakistana səfəri çərçivəsində deyib.

"Anqola, Azərbaycan, Əlcəzair bizim biznesimiz üçün mühüm əhəmiyyət kəsb edir və hal-hazırda "Statoil" Pakistanda beynəlxalq mövcudluğunu genişləndirmək üçün diqqətini bu ölkəyə ayırıb", - Rasmussen deyib.

"Şirkət suyun 100 metrdən çox dərinliyində işləyən və son illər beynəlxalq səviyyədə əhəmiyyətli yüksəlişə nail olan dünyada böyük operatorlardan biri hesab olunur", - Rasmussen deyib.

"Statoil" Azərbaycanda ən böyük enerji layihələrinin iştirakçısıdır. Şirkət, xüsusilə,  "Azəri-Çıraq Günəşli" yataqlar blokunun işlənib-hazırlanması layihəsinin iştirakçısıdır. "Statoil" Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənib-hazırlanma layihəsinin birinci mərhələsinin ticari operatoru hesab olunur. Həmçinin, şirkət "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi- Ərzurum" qaz kəmərinin səhmdarlarından biridir.

Xəbər lenti

Xəbər lenti