...

Serbiya Azərbaycan qazının alınmasında maraqlıdır

Energetika Materials 13 İyul 2010 15:42 (UTC +04:00)
Serbiyanın Pançevoda yerləşən neft-kimya müəssisələri Azərbaycandan qazın alınmasında maraqlıdır.
Serbiya Azərbaycan qazının alınmasında maraqlıdır

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Serbiyanın Pançevoda yerləşən neft-kimya müəssisələri Azərbaycandan qazın alınmasında maraqlıdır. Bu barədə Serbiya Baş nazirinin müavini, iqtisadiyyat və regional inkişaf naziri Mlacan Dinkiç iqtisadi inkişaf naziri Şahin Mustafayevlə danışıqların yekunu ilə bağlı bildirib.

Dinkiç onu da bildirib ki, Azərbaycan vaqon-sisternlərin və sərnişin qatarlarının alınmasında maraqlıdır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində Azərbaycanla Serbiya arasında mal dövriyyəsi 260,5 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti