...

Bakıda alternativ və bərpa olunan enerji mənbələri üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Energetika Materials 14 İyul 2010 12:01 (UTC +04:00)
Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyi və Milli Elmlər Akademiyasının dəstəyi ilə Beynəlxalq Ekoenergetika Akademiyası tərəfindən "Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadə imkanları və perspektivləri" mövzusunda təşkil edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda alternativ və bərpa olunan enerji mənbələri üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Аzərbaycan, Bakı, 14 iyul /Trend/

Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyi və Milli Elmlər Akademiyasının dəstəyi ilə Beynəlxalq Ekoenergetika Akademiyası tərəfindən "Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadə imkanları və perspektivləri" mövzusunda təşkil edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov çıxışı zamanı bildirib ki, 2010-cu ildə Azərbaycanda 52 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilməsinə baxmayaraq, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinə böyük diqqət ayrılır.

Nazir müavininin sözlərinə görə, hal-hazırda Azərbaycanda külək enerjisi potensialı 800 mbt-a yaxın təşkil edir. Bununla yanaşı, kiçik çaylarda hidroelektrik stansiyasının tikintisinə böyük əhəmiyyət verilir. Hal-hazırda respublikanın müxtəlif rayonlarında bir neçə belə stansiyanın tikintisinə başlanılıb.

Konfrans zamanı iştirakçılar Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində perspektivləri müzakirə etməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti