...

ARDNŞ dövlət büdcəsinə ödənişləri, təxminən, 30 faiz artırıb

Energetika Materials 14 İyul 2010 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend /

Yanvar-iyunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin dövlət büdcəsinə 514 milyon manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz (117 milyon manat) çox olub. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.

İyunda bu göstərici 88,7 mln manat olub.

Yanvar-iyunda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 61,26 milyon manat vəsait köçürüb. Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 7,9 faiz çoxdur, - məlumatda qeyd olunur.

İyunda Dövlət Sosial Müdafiə Fonduna 11,6 milyon manat köçürülüb ki, bu da ötən ilin müvafiq dövründən 7,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti