...

İlin birinci yarısında Cənubi Qafqaz qaz kəməri ilə 2,7 milyard kubmetr qaz nəql edilib

Energetika Materials 14 İyul 2010 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Yanvar-iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 18,2 milyon ton neft nəql edilib. Bu göstərici 2009-cu ilin yanvar-iyun aylarında 18,6 milyon ton olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

2009-cu ildə BTC vasitəsilə ümumilikdə 38,2 milyon ton neft nəql edilib. 2008-ci ildə bu göstərici 32,8 milyon ton olub.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km-dir. Bunun 443-ü Azərbaycan, 249-u Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi 4 milyard dollara başa gəlib. Bu, tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.

BTC-nin səhmdarları - BP (30,1%), AzBTC (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), ТРАО (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ConocoPhillips" (2,50%) və "Hess" (2,36%).

Yanvar-iyunda Cənubi Qafqaz boru kəməri vasitəsilə (Bakı-Tbilisi-Ərzurum) 2,7 milyard kubmetr qaz nəql edilb. Bu göstərici ötən ilin müvafiq dövründə 2,9 milyard kubmetr olub.

2009-cu ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,2 milyard kubmetr qaz nəql olunub. 2008-ci ildə bu göstərici 4,7 milyard kubmetr təşkil edib.

Bakı-Tbilisi-Ərzurum kəmərinin uzunluğu (Cənubi Qafqaz boru kəməri) 700 kilometrdən çoxdur. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz bu kəmər vasitəsilə nəql olunur. Qaz Gürcüstan və Türkiyəyə tədarük edilir. Qazın alıcısı qismində Azərbaycan da çıxış edir.

Xəbər lenti

Xəbər lenti