...

"Azərikimya" İB "Etilen-polietilen" zavodunun əsas sahələrindən birinin təmir işlərini başa çatdırıb (FOTO)

Energetika Materials 15 İyul 2010 12:45 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi "Etilen-polietilen" zavodunun "ER-300" kompleksinin istehsalat sahələrindən olan piroliz sexində ilkin əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə ARDNŞ-in məlumatında deyilir.
"Azərikimya" İB "Etilen-polietilen" zavodunun əsas sahələrindən birinin təmir işlərini başa çatdırıb (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi "Etilen-polietilen" zavodunun "ER-300" kompleksinin istehsalat sahələrindən olan piroliz sexində ilkin əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

Zavodun əsas texnoloji sahələrindən olan piroliz sexindəki sobalarda ziqzaqvari boruların təmiri, benzinin, etanın, həmçinin, su buxarının nəql olunduğu boru xətlərinin demontaj olunaraq, bütünlüklə dəyişdirilməsi ilə istehsalatın bu sahəsində ilkin əsaslı təmir işləri başa çatdırılıb. İşlər 7 gün ərzində həyata keçirilib.

Hazırda müəssisənin qazayırma sexində də intensiv təmir işləri aparılır. Burada uzun müddət istismara yararsız olan aparat və digər avadanlıq­ların təmiri və yenisi ilə əvəz olunması üzrə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti