...

İyunda Sumqayıt əhalisinə 3,3 milyon kubmetrdən artıq qaz satılıb

Energetika Materials 16 İyul 2010 16:27 (UTC +04:00)
Bu ilin iyun ayı ərzində Sumqayıt şəhərində əhalinin güzəştlərdən istifadə etməyən kateqoriyasından olan abunəçilərə satılan qaza görə vəsaitlərin yığım həcmi 120,7 faiz təşkil edib.
İyunda Sumqayıt əhalisinə 3,3 milyon kubmetrdən artıq qaz satılıb

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bu ilin iyun ayı ərzində Sumqayıt şəhərində əhalinin güzəştlərdən istifadə etməyən kateqoriyasından olan abunəçilərə satılan qaza görə vəsaitlərin yığım həcmi 120,7 faiz təşkil edib. Bu barədə şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, əhalinin bu kateqoriyasından olan abunəçilər tərəfindən 336 min manatdan artıq məbləğdə 3,36 milyon kubmetr qaz istifadə olunub. Ödəmələr 46 670 abunəçi tərəfindən həyata keçirilib.

Hazırda güzəştlərdən istifadə etməyən 64 713 abunəçi qazla təmin olunur. Şəhərdə 60 849 qaz sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti