...

Azərbaycana qaz ehtiyatları, azı, 100 il kifayət edəcək – sənaye və energetika naziri

Energetika Materials 19 İyul 2010 10:35 (UTC +04:00)
Azərbaycana qaz ehtiyatları, azı, 100 il kifayət edəcək. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Afinanın "Etnos" qəzetinə müsahibəsində bildirib. Bu barədə bazar günü Türkiyənin Anadolu agentliyi yazıb.
Azərbaycana qaz ehtiyatları, azı, 100 il kifayət edəcək – sənaye və energetika naziri

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycana qaz ehtiyatları, azı, 100 il kifayət edəcək. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Afinanın "Etnos" qəzetinə müsahibəsində bildirib. Bu barədə bazar günü Türkiyənin Anadolu agentliyi yazıb.

"Təsdiqlənmiş neft ehtiyatları 1,5 milyard ton, təbii qaz 2,2 trilyon kubmetr təşkil edir. Azərbaycanda illik neft hasilatı 50 milyon tondur. Bu o deməkdir ki, əgər yeni yataqlar tapılmasa, mövcud neft, təxminən, 30 ildən sonra qurtaracaq. Lakin yataqlar dedikdə biz müasir texnikanın imkanlarından çıxış edirik. Texnologiyaların inkişafı ilə neft hasilatının həcminin artması imkanları var. Təbii qaza gəldikdə, əgər yeni yataqlar aşkar edilməsə, hazırkı ehtiyatlar, ən azı, 100 il kifayət edəcək. bp, "Total" və "Statoil" kimi şirkətlər tərəfindən yeni yataqların axtarışı üzrə işlər həyata keçirilir", - Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, bu il neft və qaz hasilatının həcmi artacaq.

"Bu il neft hasilatının həcmi 50 milyon tondan 52,5 milyon tona, təbii qaz isə 28,5 milyard kubmetrədək artacaq", - Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti