...

Azərbaycanda günəş enerjisindən istifadə daha uzaq gələcəyin məsələsidir – Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyi

Energetika Materials 20 İyul 2010 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.Xəlilova/

Almaniya Azərbaycanda alternativ enerji mənbələrinin tətbiqi üçün tələb və imkanları öyrənməyi planlaşdırır. Bu barədə bazar ertəsi Bakıda Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin müdiri Andreas Norman (Andreas Neuman) bildirib.

"Bizi, həmçinin, Azərbaycan tərəfinin təqdim etdiyi elektrik enerjisinin tariflərinə də aid olan çərçivə şərtləri maraqlandırır", - Noyman deyib. - "Artıq bunun bazasında belə layihələrin reallaşdırılmasında alman firmalarının iştirakı imkanlarına da baxmaq olar".

Onun fikrincə, Azərbaycanda alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xırda cəhdlər olsa da, bu gün konkret texnologiyalar haqda danışmaq hələ tezdir.

"Mən enerji təminatının inkişaf etməmiş və qıt olduğu regionlarda və ya misal üçün, nisbətən gəlirlə işləyən digər sahələrdə - kənd təsərrüfatı tullantılarının emalı sahəsində küləklə işləyən stansiyaların tətbiqini mümkün hesab edirəm", - Noyman bildirib. - "Bu həmin sahədir ki, orada artıq indi enerjinin belə növlərinin tətbiqi mümkündür".

Onun fikrincə, Azərbaycanda günəş enerjisindən istifadəni daha uzaq gələcəkdə reallaşdırmaq olar, çünki ölkədə elektrik enerjisi tarifləri xeyli aşağıdır və belə texnologiyaların xərcini ödəmir.

"Bizdə Almaniyada enerji sistemləri daxilində qarşılıqlı subsidiyalar hesabına həyata keçirilən çoxlu külək stansiyaları mövcuddur, yəni bərpa olunan enerji mənbələri istehsalçıları hansısa çox aşağı mədaxil əldə edirlər ki, bu, bazarda tariflərə təyin edilən qiymətdən çox yuxarıdır", - Noyman bildirib. - "Belə enerji sistemlərindən istifadəyə görə istehlakçıların ödəmələri hesabına əldə olunan belə minimum mədaxillər qanunvericilik qaydası ilə təmin edilir, başqa cür sistem işləməzdi".

Almaniyada bərpa olunan enerji mənbələrinə görə subsidiyalar elektrik enerjisinin dəyərinin 10 faizindən az təşkil edir.

"Belə enerji növlərinin, həmçinin, baha olan külək stansiyalarının inkişafı ilə enerji şəbəkələrinə tamamilə yeni tələblər qarşıya qoyulmalıdır", - Noyman hesab edir.

İlkin araşdırmalara görə, beş il ərzində Azərbaycanda 100-dək alternativ enerji mənbələrinin tikilməsi planlaşdırılır.

Bu gün Azərbaycanda alternativ enerji mənbələrinin payı bir faizə belə çatmır. Bu da kiçik su-elektrik stansiyalarının payına düşür. Bu gün Avropa ölkələrində və inkişaf etmiş ölkələrdə elektrik enerjisinin illik ümumi istehsal həcmində alternativ enerjinin payını  10-15 faizədək çatdırmaq barədə qərar qəbul olunub. Bəzi ölkələrdə bu göstəricinin 2020-ci ilədək 20 faizə çatdırılması qarşıya vəzifə qoyulub. Məsələn, Almaniyada 2020-ci ilədək günəş, külək enerjisindən elektrik enerjisi istehsalı artıq 48 faiz təşkil edəcək.

Alimlərin hesablamalarına görə, Azərbaycanda yalnız kiçik çayların potensialından istifadə ildə 16 min mvt-dək elektrik enerjisi verəcək. "Biz alternativ enerjinin inkişafı sahəsində yenicə işləməyə başlamışıq və düşünürəm ki, bir-iki il ərzində Azərbaycan alternativ enerjidən istifadədən 3-5 faizədək elektrik enerjisi əldə edəcək ki, bu da artıq pis göstərici deyil", - Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bundan əvvəl bildirmişdi. Onun fikrincə, perspektivdə ölkədə alternativ və bərpa olunan mənbələrin payı elektrik enerjisi istehsalının 5-7 faizini və istilik enerjisinin 10 faizə qədərini təşkil edə bilər.

Hələ 1998-1999-cu illərdə Yaponiyanın "Tomen" şirkəti Azərbaycanda araşdırma aparıb və üçaylıq işlərin nəticəsi üzrə hesabat hazırlayıb. Qobustanda gücü 6 meqavat olan külək-elektrik stansiyalarının inşası 100 milyon dollar dəyərində qiymətləndirilib. Bu yer külək-elektrik stansiyasının inşası üçün daha ideal yerdir. Çünki Qobustanda yerdən 10 metr yüksəklikdə küləyin sürəti saniyədə 8 metrdir. Lakin maya dəyərinin baha olması səbəbindən layihə hökumət tərəfindən dəstəklənmədi və ləğv edildi.

Artıq üç ildir ki, ölkədə elektrik enerjisinin vahid pərakəndə tariflərinin topdansatış qiyməti 0,04 manatdan çox olmamaqla, bir kilovat saatı 0,06 manat (0,075 dollar) təşkil edir.

Hazırda Azərbaycanın ehtiyat enerji gücü 6000 meqavatı ötür, tikilməkdə olan elektrik stansiyalarının ümumi gücü isə 1500 meqavata yaxındır.

Xəbər lenti

Xəbər lenti