...

"Azərenerji" Bakının enerji təchizatının keyfiyyətini yaxşılaşdırır

Energetika Materials 20 İyul 2010 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

"Azərenerji" SC (Azərbaycanın regionlarında elektrik enerjisinin istehsalı və paylanması) Bakı şəhərinin və ətraf qəsəbələrin enerji təchizatının sabitliyi və keyfiyyətinin yaxşılaşdırılması üzrə iş aparır. Bu barədə SC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bu məqsədlə "Müşfiq" yarımstansiyasında işlər həyata keçirilir. Burada hər birinin gücü 250 meqavat olan iki transformator quraşdırılıb. Hazırda yarımstansiyada üçüncü 200 meqavatlıq transformatorun quraşdırılmasına hazırlıq görülür. Paytaxtın və ətraf qəsəbələrin enerji təchizatının yaxşılaşdırılması çərçivəsində Hövsan yarımstansiyasında daha bir 200 meqavatlıq avtotransformatorun quraşdırılması nəzərdə tutulub.

SC, eləcə də "Qala" yarımstansiyasının texniki yenilənməsi üzrə genişmiqyaslı işlər aparır. Nəzərdə tutulmuş işlər nəticəsində 40 meqavatlıq transformator 75/63-meqavatlıq transformatorla əvəz olunacaq. "Dübəndi", "Zığ" və "Suraxanı" yarımstansiyalarında zəruri işlər başa çatdırılıb. "Ramana" yarımstansiyasında 30 meqavatlıq transformator 63 meqavatlıq transformatorla əvəz olunub. Xırdalandakı yarımstansiyada isə ilin əvvəlindən artıq üçüncü 250 meqavatlıq transformator quraşdırılıb. Yenidən qurulan yarımstansiyalar ötən əsrin 30-cu illərindən istismar olunur.

Xəbər lenti

Xəbər lenti