...

Bakıda alternativ enerji mənbələri sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri müzakirə edilib

Energetika Materials 20 İyul 2010 18:42 (UTC +04:00)
Çərşənbə axşamı XI Azərbaycan-Almaniya biznes forumu çərçivəsində Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin rəhbəri Andreas Noyman Bakıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovla görüşüb.
Bakıda alternativ enerji mənbələri sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

Çərşənbə axşamı XI Azərbaycan-Almaniya biznes forumu çərçivəsində Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin rəhbəri Andreas Noyman Bakıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovla görüşüb. Bu barədə çərşənbə axşamı Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tərkibinə daxildir.

Mənsimlinin dediyinə görə, görüş çərçivəsində Məlikov Noymanın başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinə alternativ və bərpa olunan enerji mənbələri sahəsində aparılan işlər barədə məlumat verib. Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirib və müzakirə ediblər.

Alimlərin hesablamalarına görə, Azərbaycanda yalnız kiçik çayların potensialından istifadə etməklə, ildə 16 min MVt elektrik enerjisi əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti