...

Bolqarıstan "Nabucco"nun reallaşdırılmasına "Bolqarıstan-Türkiyə" qaz kəmərinin tikintisi ilə başlamağa çağırır

Energetika Materials 21 İyul 2010 12:54 (UTC +04:00)
Bolqarıstan Xəzər regionundan və Yaxın Şərqdən qazın Aİ ölkələrinə nəqli üçün nəzərdə tutulan "Nabucco" boru kəmərinin bir hissəsi olacaq Bolqarıstanla Türkiyə arasında qaz kəmərinin tikintisi üzrə işlərin sürətləndirilməsinə çağırır.
Bolqarıstan "Nabucco"nun reallaşdırılmasına "Bolqarıstan-Türkiyə" qaz kəmərinin tikintisi ilə başlamağa çağırır

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir A.Bədəlova/

Bolqarıstan Xəzər regionundan və Yaxın Şərqdən qazın Aİ ölkələrinə nəqli üçün nəzərdə tutulan "Nabucco" boru kəmərinin bir hissəsi olacaq Bolqarıstanla Türkiyə arasında qaz kəmərinin tikintisi üzrə işlərin sürətləndirilməsinə çağırır.

Bolqarıstanın iqtisadiyyat naziri Trayço Traykovun "Nabucco" layihəsinin operatoru olan Avstriyanın OMV şirkətinin rəhbərliyi, "Nabucco Gas Pipeline International" şirkətinin idarəedici direktoru Reynhard Mitçeklə görüşü zamanı dediyi kimi, "Bolqarıstan-Türkiyə" qaz kəməri Avropanın "Nabucco" layihəsinin birinci funksional hissəsi olmalıdır.

"Bu qaz kəmərinin reallaşdırılması Bolqarıstanı və Aİ-ni Xəzər regionunun və Yaxın Şərqin qaz resursları ilə təmin edəcək layihənin başlanğıcı olacaq", - Traykov bildirib. Bu barədə "Sofia News Agency" yazır.

Dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəməri Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracını nəzərdə tutur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir.

"Nabucco" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Yunanıstan, eləcə də Türkiyə ilə İran arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

Uzunluğu 2,730 kilometr olan "Nabucco" qaz kəmərinin birinci hissəsinin tikintisi Ankaranın (Türkiyə) cənub hissəsindən başlayacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək, Bolqarıstan sərhədinədək davam edəcək. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti