...

Ekol ARDNŞ-nin mədən ərazilərində neftlə çirklənmiş sahələrin təmizlənməsi işlərini aparır

Energetika Materials 21 İyul 2010 18:02 (UTC +04:00)

Аzərbaycan, Bakı, 21 iyul /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC müqavilə çərçivəsində "Siyəzənneft" NQÇİ-nin mədən ərazilərindən 40 min kubmetrə qədər neftşlam çıxarıb. Bu barədə çərşənbə günü QSC-dən verilən məlumatda deyilir.

Neftlə çirklənmiş sahələrin təmizlənməsi və bioremediasiyasına dair müqavilə QSC ilə ARDNŞ-nın "Azneft" İstehsalat Birliyi arasında imzalanıb.

Həmçinin QSC-nin apardığı işlər çərçivəsində sahələrdən 25 min kubmetrə qədər çirkab su çıxarılıb, həmin sahələrə 75 min kubmetrə qədər torpaq daşınıb.

Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006-cı il martın 1-də yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiləri ARDNŞ (51%) və Lancer S.A. Services-dir (49%).

Xəbər lenti

Xəbər lenti