...

"Azərenerji" ASC-nin layihəsi BMT-nin təmiz inkişaf mexanizminin yekun mərhələsindən keçib

Energetika Materials 22 İyul 2010 14:10 (UTC +04:00)
BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının İcraçı Şurasının qərarı ilə "Sumqayıt elektrik stansiyasının tikintisi layihəsi" təmiz inkişaf mexanizminin yekun mərhələsindən keçib. Bu barədə "Azərenerji" ASC-nin (Azərbaycanın regionlarında elektrik enerjisinin istehsalı və paylanması) cümə axşamı yaydığı məlumatda deyilir. Layihə ASC-nin Ekologiya İdarəsi tərəfindən təklif olunub.
"Azərenerji" ASC-nin layihəsi BMT-nin təmiz inkişaf mexanizminin yekun mərhələsindən keçib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının İcraçı Şurasının qərarı ilə "Sumqayıt elektrik stansiyasının tikintisi layihəsi" təmiz inkişaf mexanizminin yekun mərhələsindən keçib. Bu barədə "Azərenerji" ASC-nin (Azərbaycanın regionlarında elektrik enerjisinin istehsalı və paylanması) cümə axşamı yaydığı məlumatda deyilir. Layihə ASC-nin Ekologiya İdarəsi tərəfindən təklif olunub.

Məlumatda deyildiyinə görə, qərar layihənin TUV alman şirkəti tərəfindən uğurlu auditi prosesindən dərhal sonra qəbul olunub.

ASC-nin məlumatında qeyd olunduğu kimi, indiyədək Azərbaycandan təmiz inkişaf mexanizmi layihələrindən heç biri bu mərhələyədək çatmayıb.

Sumqayıt elektrik stansiyasının açılışı 2009-cu il noyabrın 19-da keçirilib.

Məlumatda o da qeyd olunur ki, "Azərenerji" Azərbaycanda BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyası, eləcə də sertifikatlaşdırılmış karbon qazının azaldılması üzrə saziş çərçivəsində təqdim olunan layihələr üzrə liderdir.

Xəbər lenti

Xəbər lenti