...

Türkiyəyə Azərbaycan qazının nəqlinin artırılması müvəqqəti xarakter daşıyır

Energetika Materials 22 İyul 2010 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Türkiyəyə Azərbaycan qazının çərşənbə günü 14 milyon kubmetrə nisbətdə sutkada 17-18 milyon kubmetr nəql edilməsi daimi olmayacaq. Bir qədər artım İrandan Türkiyəyə gedən qaz kəmərində baş verən partlayışla əlaqədardır. Bu barədə cümə axşamı neft-qaz bazarındakı mənbə bildirib.

Öz növbəsində, Trend-ə cümə axşamı telefonla Türkiyənin boru kəməri şirkəti "Botaş"dan bildirdiklərinə görə, İran-Türkiyə qaz kəmərində baş verən partlayış səbəbindən qaz çatışmazlığı Rusiyanın "Qazprom" şirkətinin təchiz etdiyi qaz artımının hesabına tam ödənilir. Rusiya şirkəti iyulun 21-də Türkiyəyə qaz təchizatını sutkada 14 milyon kubmetrdən 22 milyon kubmetrədək artırıb. Türkiyənin "Botaş" şirkəti "Qazprom"a iyulun 22-si üçün 32 milyon kubmetr qaz tədarükü sifariş verib.

Neft-qaz bazarındakı mənbənin dediyinə görə, qaz tədarükünün sutkada 14 milyon kubmetr səviyyəsinə qayıtması İran qazının verilməsi bərpa edildikdən sonra baş verəcək. "Qaz tədarükünün sutkada 14 milyon kubmetr həcmdə olması Türkiyənin bu dövrdə aldığı mövsümi standart həcmdir", - mənbə qeyd edib.

Azərbaycan qazının Türkiyəyə tədarük edilməsi Azərbaycanın dəniz qaz-kondensat yatağı "Şahdəniz"lə müqavilə çərçivəsində həyata keçirilir. Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsində ildə 6,6 milyard kubmetr qaz alır (ehtiyatların ümumi həcmi 1,2 trilyon kubmetr qiymətləndirilir).

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql edilir. Boru kəmərinin uzunluğu 700 km-dir. Yükləmənin gücü ildə 20 milyard kubmetrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti