...

Türkmənistanın enerji sektorunun rəhbərliyində kadr dəyişikliyi baş verib

Energetika Materials 24 İyul 2010 16:43 (UTC +04:00)
Karbohidrogenlərin tənzimlənməsi və istifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşıgəldi Kakayevə Nazirlər Kabineti sədrinin neft-qaz sənayesi, kimya sahəsi və balıqçılıq təsərrüfatı üzrə müavini vəzifəsinin icrası tapşırılıb.
Türkmənistanın enerji sektorunun rəhbərliyində kadr dəyişikliyi baş verib

Türkmənistan, Aşqabad, 24 iyul/Trend, müxbir H.Həsənov/

Karbohidrogenlərin tənzimlənməsi və istifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşıgəldi Kakayevə Nazirlər Kabineti sədrinin neft-qaz sənayesi, kimya sahəsi və balıqçılıq təsərrüfatı üzrə müavini vəzifəsinin icrası tapşırılıb.

Rəsmi türkmən mənbəyinin verdiyi məlumata görə, kadr dəyişikliyi bunadək baş nazirin müavini qismində bu sahəyə nəzarət edən Bəymurad Hocaməhəmmədovun "səhhəti ilə" bağlıdır.

Ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov bununla əlaqədar müvafiq sərəncam imzalayıb.

BP-nin hesabatına görə, Türkmənistan qaz ehtiyatları üzrə dünyada dördüncü yeri tutur. Hazırda bu növ yanacağın ixracı Çin, Rusiya və İrana edilir.

Xəbər lenti

Xəbər lenti