...

Türkmənistan nümayəndə heyəti İranda yanacaq-enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək

Energetika Materials 24 İyul 2010 16:18 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 24 iyul/Trend, müxbir H.Həsənov/

Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti şənbə günü Tehranda neft-qaz sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Rəsmi türkmən mənbəyinin verdiyi məlumata görə, danışıqlar iyulun 20-də yanaq-enerji kompleksinə məsul Baş nazirin müavini Bəymurad Hocaməhəmmədovun başçılığı ilə başlamlı idi. Lakin "onun səhhəti ilə əlaqədar" bu vəzifələrin müvəqqəti icrası karbohidrogenlərin tənzimlənməsi və istifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşıgəldi Kakayevə tapşırılıb.

Ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətin sön iclasında deyib ki, "Enerji daşıyıcılarının diversifikasiyalaşdırılması strategiyasını uğurla həyata keçirən Türkmənistan, bütün maraqlı ölkələrlə, o cümlədən Türkmənistanın neft-qaz sahəsində etibarlı tərəfdaşı kimi çıxış edən qonşu İran İslam Respublikası ilə qarşılıqlı faydalı tərəfdaşlığı genişləndirməyə səy göstərir".

İranın dünyanın enerji dövləti (təbii qaz üzrə dünyada ikinci ) olmasına baxmayaraq, bu ölkə Xəzər dənizi regionunda adı çəkilən yanacağın mühüm idxalçısına çevrilib və qonşu Türkmənistan İranın yaxınlıqda yerləşən əyalətlərini qazla təchiz etməklə bu yaxın bazarı fəal mənimsəyir.

İran türkmən qazını iki qaz kəməri vasitəsilə alır və öz sərhədyanı əyalətlərini yanacaqla təmin etmək üçün onun həcmini ildə 20 milyard kubmetrədək artırmağa ümid edir.

İran türkmən qazının Türkiyə və Avropaya tədarük edilməsi üçün öz ərazisini tranzit qismində istifadə etməyi nəzərdə tutub.

Bundan başqa, Tehran Türkmənistanın ən böyük yatağı "Cənub Eloten"in işlənməsi üzrə iştirakda maraqlı olduğunu dəfələrlə bəyan edib. Məlum olduğu kimi, birinci mərhələdə podratçı sifarişlərini Cənubi Koreya və BƏƏ şirkətləri əldə edib.

Xəbər lenti

Xəbər lenti