...

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin layihəsi fəallaşa bilər

Energetika Materials 24 İyul 2010 15:10 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 24 iyul /Trend, müxbir H.Həsənov/

Kabildə bu günlərdə keçirilən Əfqanıstan üzrə beynəlxalq konfransda genişmiqyaslı layihə - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin tikintisi imkanlarının müzakirəsi geniş yer alıb. Bu barədə şənbə günü Türkmənistanın milli telekanalı "Altın Asır" xəbər yayıb.

Məlumatda qeyd olunur ki, bu layihə "təkcə bilavasitə layihə iştirakçılarına deyil, həm də regionun bütün ölkələrinə böyük sosial-iqtisadi fayda verir".

Bundan başqa, Əfqanıstanın paytaxtında konfrans iştirakçıları arasında türkmən rəhbərliyinin Aşqabadda "öz siyasi məkanını" BMT-nin himayəsi altında əfqanlararası sülh dialoqunun keçirilməsinə təqdim etməyə hazırlıqla bağlı təşəbbüsü rəğbət qazanıb.

Məlum olduğu kimi, 90-cı illərin əvvəllərindən müzakirəsi aparılan "Transəfqan" qaz kəməri layihəsinin həyata keçirilməsinə maneə Əfqanıstanda davam edən hərbi əməliyyatlardır.

Enerji resurslarının tranzitinin təhlükəsizliyini təmin etmək məqsədilə Türkmənistan öz dəstəyini tapan təşəbbüslə çıxış edib. BMT Baş Assambleyasının 63-cü sessiyasında "Enerjidaşıyıcılarının etibarlı və sabit tranziti, onun davamlı inkişafda və beynəlxalq əməkdaşlıqda rolu" adlı xüsusi qətnamə qəbul edilib.

TƏPH-nin uzunluğu 1 680 km təşkil edə bilər. Onun layihə gücü ildə 30 mlrd kubmetr qazdan ibarətdir. Marşrut Türkmənistanın "Dövlətabad" yatağından Herat və Qəndəhar (Əfqanıstan), Kvetta (Pakistan) vasitəsilə Hindistan-Pakistan sərhədində Fəzlək yaşayış məntəqəsinədək planlaşdırılıb.

İtaliyanın aparıcı neft-qaz şirkəti "Eni" bu yaxınlarda şirkətin Türkmənistandan qazı Qazaxıstana, İrana, Pakistana, Hindistana və Çinə nəql etməklə bağlı niyyətini bildirib.

Təbii yanacaq ehtiyatlarına görə dünyada dördüncü yeri tutan Türkmənistan qazı Rusiya, İran və Çinə satır. Ölkənin gündəliyində Avropaya çıxış da durub.

Xəbər lenti

Xəbər lenti