...

ARDNŞ "Azərikimya"nın maşın parkının genişləndirilməsi istiqamətində işləri ardıcıllıqla davam etdirir

Energetika Materials 27 İyul 2010 12:05 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində yeni istehsalat strukturu olan «Azərikimya» İstehsalat Birliyinin texnoloji avadanlığının modernləşdirilməsi, kimyəvi məhsulların keyfiyyətinin yüksəldilməsi, yüksək standartlar səviyyəsinə çatdırılması istiqamətində ARDNŞ rəhbərliyi son iki ay ərzində birliyin maşın parkının yeniləşdirilməsi üçün səylərini artırır, - bu barədə şirkətdən verilən açlqlamada bildirilir.
ARDNŞ  "Azərikimya"nın maşın parkının genişləndirilməsi istiqamətində işləri ardıcıllıqla davam etdirir

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində yeni istehsalat strukturu olan "Azərikimya" İstehsalat Birliyinin texnoloji avadanlığının modernləşdirilməsi, kimyəvi məhsulların keyfiyyətinin yüksəldilməsi, yüksək  standartlar səviyyəsinə çatdırılması istiqamətində ARDNŞ rəhbərliyi son iki ay ərzində birliyin maşın parkının yeniləşdirilməsi üçün səylərini artırır, - bu barədə şirkətdən verilən açlqlamada bildirilir. 

İyun ayından başlayaraq ARDNŞ tərəfindən birliyin müəssisələrinin istifadəsi üçün yeni avtokranlar, özüboşaldan və ağırtonnajlı  yükdaşıyan maşınlar, o cümlədən, trey­lerlər, müasirtipli, genişsalonlu və kondisionerli avtobuslar, həmçinin, xid­məti maşınlar alınıb. Xüsusilə qeyd etmək lazım gəlir ki, ARDNŞ rəhbərliyi həm texniki, həm iqtisadi, həm də təşkilati-strruktur baxımdan dirçəlməsinə daha çox ehtiyac duyulan "Azərikimya"nı diqqət mərkəzində saxlayaraq, bəzi hallarda "Azneft" İB üçün sifariş olunmuş müxtəlif təyinatlı maşın-mexanizmləri, ilk növbədə, kim­yaçılar üçün göndərir.

Etilen-polietilen zavodunda və digər müəssisələrdə iyul ayından etibarən başla­n­mış əsaslı təmirin indiki qızğın dövründə həmin maşın və mexanizmlər kimyaçıların öz işlərini daha səmərəli qurmasına və boşdayanmaların  qarşısının alınmasına imkan verir.

"Azərikimya" İB-nin bütün  istehsalat və digər sahələrində işin yüksək səviyyədə aparılması məqsədi ilə ARDNŞ rəhbərliyinin qərarı ilə birlikdə neft şirkətinin struk­turuna müvafiq olaraq islahatlar aparılmış və əvvəllər pərakəndə halda - ayrı-ayrı müəs­sisə­lərin tərkbində olan, bu səbəbdən də həm maşın-mexanizmlərin təmiri, həm yana­caq təchizatı, həm də idarəolunmaları baxımından əlverişsiz qarajların əvəzinə mərkəzləşdirilmiş şəkildə, vahid struktur kimi fəaliyyət göstərən Nəqliyyat İdarəsi yaradılıb. İşin bu cür təşkili öz effektini bugünkü əsaslı təmir zamanı daha aydın və qabarıq göstərir - təmir aparılan bütün sahələr bu və ya digər maşın-mexanizmlə vaxtlı-vaxtında, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun təmin olunur.

"İndi təkcə mühəndis-texnik işçilərimiz deyil, adi sürücümüz, çilingərimiz də işə son dərəcə məsuliyyətlə yanaşır", - deyə birliyin Nəqliyyat İdarəsinin rəisi İbadət Eynul­layev məlumat verir. - "Təsadüfi deyil ki, daha işçilərdən heç biri maşın-mexanizmə görə işi dayandırmaq istəyində deyil. Təmirə ehtiyacı olan hər hansı maşın və ya qal­dırıcı kran ümumü qüvvə ilə tez bir zamanda təmir olunaraq işə buraxılır. O da diqqətəlayiqdir ki, bilavasitə Nəqliyyat İdarəsinin mütəxəssisləri və fəhlələrinin səyi ilə son iki ay ərzində müxtəlif markalı 31 maşın təmir olunaraq və rənglənib estetik görkəm verilməklə yeni­dən istismara buraxılıb. Hal-hazırda Nəqliyyat İdarəsinin 120-ə qədər müxtəlif təyi­natlı ma­şın və mexanizmi tam işçi vəziyyətdə olmaqla, birliyin müəssisələrində aparılan əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün səfərbər edilərək, mak­simum səmərə ilə istifadə olunur.    

Xəbər lenti

Xəbər lenti