...

Gürcüstanda Senaki-Poti qaz kəmərinin tikintisində iştirakda 7 şirkət maraqlıdır

Energetika Materials 28 İyul 2010 12:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Neft və Qaz Korporasiyasında Senaki-Poti magistral qaz kəmərinin 30 kilometrlik hissəsinin tikintisi üzrə tender keçirilib. Trend-ə verilən məlumata görə, tenderdə 7 şirkət iştirak edib: Azərbaycanın "Neftqaztikinti" (ARDNŞ-in şirkəti) və "SEACOR Environmental Services International LTD", "New Energy LTD", "Sakmilsadenmsheni LTD", "SAKHIDRO Energomsheni İNC", "JSC KHIDMSHENI", "NGSI" şirkətləri.

Neft və Qaz Korporasiyası iyunda magistral qaz kəmərinin 30 kilometrlik hissəsinin tikintisi üzrə beynəlxalq tender elan edib. Layihənin tamamlanma müddəti - 15 dekabr 2010-cu ildir.

Qaz kəmərinin tikintisində məqsəd Potidəki azad sənaye zonasının (ASZ) təbii qazla təmin olunmasıdır. Eyni zamanda, ASZ-də maye qaz istehsalı üzrə zavodun tikintisi planlaşdırılıb ki, bu da Gürcüstana müxtəlif mənbələrdən alınan qazı ixrac etməyə imkan verəcək.

İnşaat işləri Amerika Beynəlxalq İnkişaf Agentliynin Gürcüstan hökuməti üçün ayırdığı qrant hesabına aparılacaq.

Xəbər lenti

Xəbər lenti