...

Azərbaycan Nazirlər Kabineti yeni tikililərin istismara verilməsi qaydalarına əlavələr edilməsi barədə qərar qəbul edib

Energetika Materials 28 İyul 2010 18:26 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Dövlət qəbul komissiyası tərəfindən yeni binaların istismara qəbulu şərtlərinə aid bəzi normativ aktlara əlavələr edilməsi barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycan Nazirlər Kabineti Dövlət qəbul komissiyası tərəfindən yeni binaların istismara qəbulu şərtlərinə aid bəzi normativ aktlara əlavələr edilməsi barədə qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Nazirlər Kabinetinin qərarına əsasən, "Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar"a əlavə edilib. Əlavəyə  əsasən, yaşayış binalarını, o cümlədən mənzilləri elektrik, qaz və su sayğacları ilə təchiz etdikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilir.

"Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"na əlavə edilib. Əlavədə göstərilir ki, yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər.

Xəbər lenti

Xəbər lenti