...

"Azersun Holding" Azərbaycanda yeni neft terminalının ilk fazasını istismara verməyə hazırlaşır

Energetika Materials 29 İyul 2010 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E.İsmayılov/

Sentyabr-oktyabr aylarında "Azersun Holding" Qaradağ rayonundakı neft teminalının ilk fazasını istismara vermək niyyətindədir. Bu barədə cümə axşamı "Azersun Holding"in rəhbəri Əbdülbari Gözəl deyib.

"Tikintinin ilk fazası yekunlaşmaq üzrədir və bir-iki aydan sonra terminal istismara veriləcək", - Gözəl bildirib.

İlk fazanın gücü 300 min ton kondensatın doldurulub-boşaldılmasına hesablanıb. Gözəlin sözlərinə görə, ilk fazanın istismara verilməsi ilə terminal hər ay 35 min tonadək kondensatı doldurub-boşalda biləcək. Tərəfdaşlarla danışıqlar nəticəsində perspektivdə bu rəqəmi 70-80 min tona çatdırmaq mümkün oalcaq.

Gözəlin qeyd etdiyinə görə, tikintinin ikinci fazasının həyata keçirilməsi qazax və türkmən nefti cəlb edildikdən sonra mümkün olacaq.

Layihənin ilk mərhələsinin həyata keçirilməsinə 40 milyon dolların xərclənməsi planlaşdırılıb. Layihənin reallaşdırılmasına ümumilikdə 135 milyon dolların xərclənməsi nəzərdə tutulub.

Layihənin əsas operatoru qismində "Qafqaztransservis" ("Azersun Holding" qrupuna daxildir) şirkəti çıxış edir. Qaradağ terminalı böyük həcmdə məhdud növ məhsulun qəbulu üçün nəzərdə tutulacaq.

Bu terminal vasitəsilə "Kaşaqan" yatağından xam neftin qəbulu nəzərdə tutulub ki, buradan o, Qara dəniz sahilindəki terminallara və Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhan limanına nəql ediləcək.

"Azersun Holding" MMC 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri çay və bitki yağının emalı və qablaşdırılması, ticarət və distribusiya, tikinti, bank işi, sığorta, karton-kağız məhsullarının, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması və saxlanılmasıdır.

Xəbər lenti

Xəbər lenti