...

İsmayıllı, Quba və Şamaxıda qaz təchizatı dayandırılacaq

Energetika Materials 29 İyul 2010 17:14 (UTC +04:00)
ARDNŞ İsmayıllı, Quba və Şamaxı rayonlarında qaz təchizatını dayandırır. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.
İsmayıllı, Quba və Şamaxıda qaz təchizatı dayandırılacaq

Azərbaycan, Bakı, 29 iyul /Trend/

ARDNŞ İsmayıllı, Quba və Şamaxı rayonlarında qaz təchizatını dayandırır. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

İsmayıllı qazpaylayıcı stansiyasında və talıstan qaztənzimləyici məntəqəsində qaz sızmasının ləğvi və təmir işləri ilə əlaqədar, Quba rayonunda isə qaz kəmərinin mühafizə zolağından çıxarılması məqsədi ilə iyulun 30-da saat 10:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaq.

Saat 09:00-dan 20:00-dək isə qaz sızmasının ləğvi ilə əlaqədar Şamaxı Açıq qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində İsmayıllı şəhərinə, Quba rayonu və ətraf kəndlərinə, eləcə də Şamaxı şəhərinə mavi yanacağın verilişində məhdudiyyətlər yaranacaq.

Xəbər lenti

Xəbər lenti