...

ARDNŞ-in Qara dəniz terminalı yüngül qazların tutulmasında yeni texnologiyalar tətbiq edir

Energetika Materials 30 İyul 2010 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul  /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) Kulevi (Gürcüstan) Qara dəniz terminalı neftin tankerlərdən gəmilərə vurulması zamanı yüngül qazların tutulması və qaytarılması üçün yeni qazqaytarma sistemini fəal tətbiq edir. Bu barədə terminalın məlumatında deyilir.

Məlumatda deyilir ki, gəmilərdə əmələ gələn buxar yenidən çənlərə qaytarılır və yüngül karbohidrogenlər burada bərpa olunur. Bu prosesdə məqsəd tankerin üst qatında tezalışan atmosfer buxarının qazın əmələ gəlməsinin qarşısını alır.

Bu prosesin əsas üstünlüyü çənlərdən atmosferə YÜQ-in (yüngül üzvi qarışıqlar) 80 faizdən çox atılmasının qarşısını almaqdan ibarətdir.

Terminalda bu texnologiya, ilk dəfə olaraq, 2010-cu ilin əvvəlində tətbiq edilib. Aparılan yoxlamalar karbohidrogenlərin ayrılmasını aşkara çıxarmayıb və yeni texnologiyaların tətbiqinin məqsədəuyğunluğunu sübut edib.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktik olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin boşaldılıb-yüklənməsinin ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsü nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman dəmir yolu stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmir yolu estakadalarında eyni vaxtda 168 vaqon-sistern boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti