...

Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə çatdırılan 960 milyon bareldən çox neft yüklənilib

Energetika Materials 31 İyul 2010 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 31-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən hazırkı dövrədək "Botas International Limited (BIL)" Ceyhan neft terminalından Bakı-Tbilis-Ceyhan boru kəməri vasitəsilə daxil olan nefti 1228 tankeri yükləyib. İyunun 24-nə olan məlumata görə, bu rəqəm 1187 tanker təşkil edib. Bu barədə BİL-in rəsmi internet saytında yerləşdirilən məlumatında deyilir.

BIL Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş" tərəfindən xarici şirkətlərlə əməkdaşlıq üçün yaradılıb. 2001-ci ildə BIL BTC -nin istismar edilməsi məqsədilə yenidən təşkil olunub.

Məlumatda qeyd olunur ki, bu müddətdə tankerlərə yüklənən neftin həcmi 963 milyon barel təşkil edib.

BTC neft kəmərinin ümumi uzunluğu 1 768 km-dir. Bunun 443-ü Azərbaycan, 249-u Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

"BTC Co"nun səhmdarları bunlardır: bp (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti