...

İran Türkiyəyə qaz tədarükünü bərpa edib

Energetika Materials 31 İyul 2010 13:56 (UTC +04:00)
İranın Milli Qaz Şirkəti şənbə günü Türkiyəyə on gün əvvəl dayandırılan mavi yanacağın nəqlinin bərpa edildiyini xəbər verib.
İran Türkiyəyə qaz tədarükünü bərpa edib

İranın Milli Qaz Şirkəti şənbə günü Türkiyəyə on gün əvvəl dayandırılan mavi yanacağın nəqlinin bərpa edildiyini xəbər verib. Bu barədə ISNA agentliyi yazır.

"Nəql şənbə günü səhər sutkada 25 milyon kubmetrə yaxın olmaqla tam həcmdə bərpa edilib. Bu, Türkiyə tərəfinin qəzanın nəticələrini tam aradan qaldırması və qazı qəbul etməyə hazır olduğu barədə xəbərdarlığından sonra baş verib", - İranın Milli Qaz Şirkətinin nümayəndəsi Vəliyullah Dini bildirib.

İrandan Türkiyəyə təbii qazın nəqli iyulun 21-də İran sərhədinin bir neçə kilometrliyində yerləşən Doğu Beyazıt yaşayış məntəqəsi rayonunda qaz kəmərinin Türkiyəyə məxsus hissəsində baş vermiş partlayışdan sonra tam dayandırılmışdı. Bu qəzadan sonra Rusiyanın "Qazprom" şirkəti Türkiyə tərəfinin xahişi ilə bu ölkəyə qaz ixracının həcmini sutkada 14 milyon kubmetrdən 22 milyon kubmetrədək artırmışdı. Bu barədə "İnterfaks" agentliyi məlumat verib.

İlin əvvəlindən İran Türkiyəyə sutkada 23 milyon kubmetr təbii qaz nəql edir.

Xəbər lenti

Xəbər lenti