Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir S.Süleymanov/
Astanada "KazEnergy" V Avrasiya energetika forumu çərçivəsində Xəzər regionu ölkələri - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan nazirlərinin iştirakı ilə nazirlərin sessiyasının keçirilməsi planlaşdırılır. Bu barədə "KazEnergy" Neft Hasilatı Şirkəti Assosiasiyası mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bundan əvvəl deyildiyi kimi, "Avrasiyanın energetika xəritəsi: risk balansı və yeni imkanlar" - bu mövzu cari ilin 5-6 oktyabrında Astanada keçiriləcək "KazEnergy" V Avrasiya forumunun mövzusudur.
Mətbuat xidmətindən verilən məlumata görə, bu il Foruma ən yüksəksəviyyəli auditoriya toplaşacaq.
Tədbir iştirakçıları arasında - Qazaxıstanın Baş naziri Kərim Məsimov, Avstraliyanın Baş naziri Con Qovard, Beynəlxalq Energetika Agentliyinin icraçıp-direktorunun müavini Riçard Cons, Dünya Neft Şurasının prezidenti Rendal Qossen, Ümumdünya Energetika Şurasının baş katibi Kristof Frey, qaz ixrac edən ölkələrin Forumunun baş katibi Leonid Boxanovski, qlobal siyasət və energetikada digər bir çox məşhur xadimlər olacaq", - məlumatda deyilir.
Press-relizdə qeyd olunur ki, Forum çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının iştirakçı ölkələrinin energetika strategiyasının müzakirəsi üzrə təşkilatın İşgüzar Şurasının növbəti iclası keçiriləcək.
"Forum iştirakçıları dünyəvi böhranın nəticələri, Meksika körfəzində baş vermiş qəzanın səbəb-nəticələri və Xəzər regionunun bu cür texnogen risklərin vaxtında qabağını almağa hazır olmasını müzakirə edəcəklər", - press-relizdə deyilir.
Bundan əlavə, Forumda enerji ehtiyatlarının nəqli, ekologiya və ətraf mühitin qorunması, investisiya iqlimi, bərpa olunan energetika və enerji effektivliyinin müdafiəsi məsələlərinə baxılacaq; həmçinin, Avrasiya energetikasının hazırkı vəziyyəti və perspektivləri, onunla bağlı siyasi və iqtisadi cəhətlər, beynəlxalq əməkdaşlığa da böyük diqqət ayrılacaq.
"Şübhəsiz, builki Forumun əsas hadisəsi neft biznesinin sosial-ekoloji öhdəliyi mövzusu altında keçiriləcək "Kazenergy Work Shop Exhibition" sərgisinin keçirilməsi olacaq, sərgidə müxtəlif sosial-ekoloji aksiyaların keçirilməsi planlaşdırılır", - məlumatda deyilir.
Bu il Forumun baş sponsorları "KazMunayQaz", "Tengizşevroyl", "Total", mətbuat konfransının sponsoru "Ekson mobil" şirkətləridir.