...

ARDNŞ və "Manqustaumunayqaz" ekoloji layihələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Energetika Materials 1 Oktyabr 2010 15:57 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi və "Manqustaumunayqaz" şirkəti Bakıda ekoloji layihələrin qarşılıqlı həyata keçirilməsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər
ARDNŞ və "Manqustaumunayqaz" ekoloji layihələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi və "Manqustaumunayqaz" şirkəti Bakıda ekoloji layihələrin qarşılıqlı həyata keçirilməsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə cümə günü İdarənin rəsmi internet-saytında verilən məlumatda deyilir.

Tərəflər arasında görüş Qazaxıstan şirkətinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində keçirilib.

Məlumatda deyildiyi kimi, "Manqustaumunayqaz" ARDNŞ-nin nefttlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində təcrübəsinə böyük maraq göstərir.

Səfər çərçivəsində qonaqlara ARDNŞ tərəfindən aparılan bioremediasiya metodları, həmçinin bu prosesin idarə olunması üçün istifadə edilən təmizləmə texnologiyalarının üstünlüyü nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti