...

AMEA-nın Geologiya İnstitutu Azərbaycanın filiz yataqlarının istismarında yerində yuyub çıxarma üsulunu təklif edir

Energetika Materials 2 Oktyabr 2010 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının geoloqları 3 illik tədqiqatlardan sonra belə qənaətə gəliblər ki, Azərbaycanın bəzi filiz yataqlarının istismarında müasir yerində yuyub çıxarma üsulundan istifadə etmək mümkündür. Bu barədə cümə günü Geologiya İnstitutunun məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, xörək duzu və elektrik gərginliyinin başlıca rol oynadığı bu üsulla faydalı metallar, xüsusən də qızıl qazıntılar aparmadan, təbiətə ziyan vurmadan, asan, xeyli ucuz və tez əldə oluna bilir.

Yerində yuyub çıxarma üsulu dünyanın müxtəlif filiz yataqlarında özünü doğruldub, lakin Azərbaycandakı yataqlarda indiyəcən tətbiq olunmayıb.

Sözügedən üsulun ölkəmizdə tətbiqi üçün Geologiya İnstitutunda müasir elmi-texniki baza təşkil edilib. İnstitut bu istiqamətdəki işləri Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənməsi və tətbiqinə dair Tədbirlər Proqramı"na əsasən həyata keçirir.

Yeni üsulun Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Mədən Əməliyyat Şirkəti ilə birgə Gədəbəy və Göygöl rayonlarındakı yataqların üzərində təcrübədən keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti