...

15 sentyabr - 1 oktyabrda İranda qaza və əsas neft məhsullarına olan tələbat

Energetika Materials 6 Oktyabr 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Cəfərov/

Sentyabrın ikinci yarısında İranda benzinə olan tələbatın həcmi bir milyard litrə yaxın təşkil edib. Bu barədə İranın Neft məhsullarının yayılması üzrə Milli Şirkətinin məlumatında deyilir.

Ağ neftə 217,88 milyon litrə yaxın, dizel yanacağına 825,7 milyon litrə yaxın, qazoyla isə 1,5 milyard litrə yaxın tələbat olub.

Sentyabrın ikinci yarısında İranda əhalinin, kommersiya obyektlərinin və elektrik stansiyalarının qaza olan tələbatı 5,2 milyard kubmetrə yaxın təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 4,9 milyarda yaxın olub.

Xəbər lenti

Xəbər lenti