...

Azərbaycan böyük karbohidrogen ixracatçısına çevrilib və regionda böyük tranzit əhəmiyyətinə malikdir – amerikalı ekspert

Energetika Materials 6 Oktyabr 2010 20:30 (UTC +04:00)
Son 15 il ərzində Azərbaycan çox böyük enerji ixracatçısına çevrilib və tranzit sahəsində də böyük əhəmiyyətə malikdir. Bunu çərşənbə günü Bakıda energetika üzrə ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş eksperti Edvard Çou bildirib.
Azərbaycan böyük karbohidrogen ixracatçısına çevrilib və regionda böyük tranzit əhəmiyyətinə malikdir – amerikalı ekspert

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir N.İsmayılova/

Son 15 il ərzində Azərbaycan çox böyük enerji ixracatçısına çevrilib və tranzit sahəsində də böyük əhəmiyyətə malikdir. Bunu çərşənbə günü Bakıda energetika üzrə ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş eksperti Edvard Çou bildirib.

"Son 15 il ərzində Azərbaycan çox inkişaf edib, böyük neft-qaz ixracatçısına çevrilərək, regionda tranzit sahəsində də böyük əhəmiyyətə malikdir", - Çou qeyd edib.

O, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasında "Enerji sektorunun inkişaf və modernləşdirilmədə rolu" mövzusunda mühazirə oxuyub.

BP-nin məlumatına görə, 2010-cu ilin əvvvəlinə Azərbaycanın sübut edilən neft ehtiyatları 7 milyard barel təşkil edib. Ölkədə neft hasilatı 2009-cu ildə sutkada 1,033 milyon barel təşkil edib ki, bu da 2008-ci ilin hasilat həcmindən 13,5 faiz çoxdur.

OPEK-in məlumatına görə, 2010-cu ildə Azərbaycanda neft hasilatı sutkada 1,11 milyon barel səviyyəsində proqnozlaşdırılır. Neft kartelinin ekspertləri 2011-ci ildə neft hasilatının sutkada 1,21 milyon barelə qədər artacağını proqnozlaşdırırlar. Gələn il əsas neft artımı "Azeri Light" növlü neftin hasil olunduğu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşəcək.

Xəbər lenti

Xəbər lenti