...

ВР Azərbaycanla enerji layihələri üzrə əməkdaşlığa sadiqliyini növbəti dəfə təsdiqlədi

Energetika Materials 7 Oktyabr 2010 13:01 (UTC +04:00)
Britaniyanın ВР şirkəti Azərbaycanda iştirakçısı olduğu neft-qaz layihələrinin reallaşdırılmasında əməkdaşlığı davam etdirməyə hazırdır. ВР şirkətinin yeni prezidenti Robert Dadli cümə axşamı Bakıda "Şəfəq" və "Asiman" perspektivli strukturlarının kəşfiyyatı və işlənməsi üzrə yeni müqavilənin imzalanması çərçivəsində bəyan edib.
ВР Azərbaycanla enerji layihələri üzrə əməkdaşlığa sadiqliyini növbəti dəfə təsdiqlədi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.İsmayılov/

Britaniyanın ВР şirkəti Azərbaycanda iştirakçısı olduğu neft-qaz layihələrinin reallaşdırılmasında əməkdaşlığı davam etdirməyə hazırdır. ВР şirkətinin yeni prezidenti Robert Dadli cümə axşamı Bakıda "Şəfəq" və "Asiman" perspektivli strukturlarının kəşfiyyatı və işlənməsi üzrə yeni müqavilənin imzalanması çərçivəsində bəyan edib.

ВР Azərbaycanda iri enerji layihələrinin iştirakçısıdır. Həmçinin, şirkət "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun və "Şahdəniz" qaz kondensatı yatağının işlənməsi layihəsində iştirak edir, "Bakı-Tbilisi-Ceyhan" və Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) səhmdarıdır.

"Bu gün Azərbaycan və ВР üçün əlamətdar gündür, çünki bizim yeni dəniz blokunun geoloji kəşfiyyatı və işlənməsi üzrə ikitərəfli əməkdaşlığın əsası qoyulub. ВР şirkəti ARDNŞ və digər tərəfdaşlarımızla birgə Azərbaycanın dünya səviyyəsində neft-qaz hasilatı ölkəsi kimi özünü bir daha təsdiqləməsində rol oynayıb və inanıram, yerdə qalan böyük potensial gələn onilliklər ərzində bu əməkdaşlığın davamlılığını təmin edəcək", - Dadli bildirib.

Onun sözlərinə görə, BP və ARDNŞ arasında uzun illər ərzində davam edən əməkdaşlıq nəticəsində yaxşı tərəfdaşlıq münasibətləri yaranıb. Dadli, həmçinin, bu əməkdaşlığın perspektivdə də məhsuldar olacağına ümidvarlığını bildirib.

Robert Dadli səlahiyyətlərinin icrasına bu il oktyabrın 1-dən başlayıb və bu postda Toni Heyvordu əvəz edib.

Xəbər lenti

Xəbər lenti