...

ARDNŞ yanvar-sentyabr aylarında Rusiyaya 600 milyon kubmetrdən çox qaz ixrac edib

Energetika Materials 8 Oktyabr 2010 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ortamüddətli müqavilə çərçivəsində Rusiyaya 618 milyon kubmetr qaz ixrac edib. Bu göstərici yanvar-avqust aylarında 557,4 milyon kubmetr təşkil edib. Bu barədə cümə günü ARDNŞ-dən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, sentyabrda Rusiyaya avqust ayındakı 62,74 milyon kubmetr göstəriciyə nisbətdə 60,6 milyon kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqavilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə "Qazprom" şirkəti arasında imzalanıb. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ tədarük edə biləcəyi həcm barədə yarım il əvvəldən qarşı tərəfi xəbərdar edəcək.

Rusiyaya Azərbaycan qazının tədarükünə bu il yanvarın 1-dən başlanıb.

Xəbər lenti

Xəbər lenti