...

bp "Şahdəniz" yatağında yeni quyunun qazılması çərçivəsində işlərin böyük hissəsini yerinə yetirib

Energetika Materials 11 Oktyabr 2010 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın dənizdəki qaz kondensatı yatağı "Şahdəniz"in işlənməsi layihəsinin operatoru olan Britaniyanın bp şirkəti SDA-06 yeni istismar quyusunun qazılması çərçivəsində işlərin 90 faizə yaxınını yerinə yetirib. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə məlumat verib. Hazırda layihə dərinliyi 7 000 metr təşkil edən quyuda 6 200 metrədək qazıntı işlər aparılıb.

Onun sözlərinə görə, yeni quyu bu ilin sonunda təhvil veriləcək.

"Hazırda qazma işləri davam edir. İşlərin böyük hissəsi artıq yerinə yetirilib. Çox güman, yeni quyu bu ilin sonunda istismara veriləcək", - mənbə bildirib.

Hazırda yataqda 4 quyudan qaz hasil olunur. "Şahdəniz"dən sutkalıq qaz hasilatı 20-23 milyon kubmetrə yaxındır. Yeni quyunun istismara verilməsindən sonra o, sutkada 25-26 milyon kubmetrə çata bilər.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi - 8,6 - 9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağından hasil olunan qaz Gürcüstana və Türkiyəyə nəql olunur, layihə çərçivəsində qazın bir hissəsini Azərbaycan alır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti