...

bp "Şahdəniz" yatağında qiymətləndirmə qazması çərçivəsində işlərin üçdəbirindən çoxunu görüb

Energetika Materials 12 Oktyabr 2010 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" qaz kondensatı yatağının işlənmə layihəsinin operatoru olan Böyük Britaniyanın bp şirkəti SDX-06 kəşfiyyat quyusunun qazmasını davam etdirir. Bu barədə neft-qaz bazarındakı mənbə deyib.

Bundan əvvəl quyunun qazılması 22 düymlük qoruyucu boruların buraxılması səbəbindən dayandırılmışdı.

Mənbənin sözlərinə görə, hazırda quyunun dərinliyi 2 300 metr təşkil edir. Qazma 250 gün ərzində aparılacaq. Quyunun layihələşdirilən dərinliyi 6 500 metr təşkil edir.

Bundan əvvəl mənbənin dediyi kimi, quyu suyun 100 metrliyində "İstiqlal" yarımdalma qazma quyusundan qazılır. Bu quyu qazılması ikinci mərhələyə planlaşdırılan digər quyular kimi sualtı vurulma ilədir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur. Layihə çərçivəsində qazın bir qismini Azərbaycan da alır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti