...

İran benzin idxalını əhəmiyyətli dərəcədə azaldıb – neft sənayesi naziri

Energetika Materials 12 Oktyabr 2010 16:16 (UTC +04:00)
İyuldan sentyabra qədər İran benzin idxalını 23 milyon litrdən 0,8 milyon litrə qədər azaldıb. Bu barədə İranın neft sənayesi naziri Maqsud Mirkazemi deyib. Məlumatı çərşənbə axşamı "Mojnews" agentliyi yayıb.
İran benzin idxalını əhəmiyyətli dərəcədə azaldıb – neft sənayesi naziri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir А Yusifzadə/

İyuldan sentyabra qədər İran benzin idxalını 23 milyon litrdən 0,8 milyon litrə qədər azaldıb. Bu barədə İranın neft sənayesi naziri Maqsud Mirkazemi deyib. Məlumatı çərşənbə axşamı "Mojnews" agentliyi yayıb.

"Bir neçə ay bundan əvvəl daxili bazarı benzinlə təmin etmək üçün İran sutkada, təxminən, 23 milyon litr benzin idxal etməli olub, lakin İranın neft-kimya komplekslərində gücün artması ilə bağlı iyuldan sentyabra qədər idxal olunan benzinin həcmi tədricən sutkada, müvafiq olaraq, 8, 3,7 və 0,8 milyon litrə qədər azalıb", - Mirkazemi deyib.

İranda sutkalıq benzin tələbatı 63 milyon litr təşkil edir.

İranda, ümumilikdə, 38 neft-kimya kompleksi var.

Bu gün İranda benzin istehsalını Bəndər-Abbasda neft emalı sənayesi zavodu (ölkədə buraxılan benzinin cəmi 21 faizi), Abadanda neft emalı sənayesi zavodu (20,2 faiz), İsfahanda (18,2), Tehranda (15), Ərakda (10,4), Təbrizdə (6,2), Şirazda (3,8), Lavanda (2,4) və Kirmanşahda (1,7) həyata keçirir.

Xəbər lenti

Xəbər lenti