...

Əfqanıstan və Türkmənistan Aşqabadda TAPİ qaz boru kəmərini müzakirə ediblər

Energetika Materials 16 Oktyabr 2010 17:12 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 16 oktyabr/Trend, müxbir H.Həsənov/

Aşqabadda Əfqanıstan və Türkmənistan arasında "iştirakçı ölkələrin xalqlarına firavanlıq gətirəcək" "Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan" (TAPİ) qaz boru kəmərinin tikinti layihəsinin həyata keçirilməsi məsələsi ilə bağlı hökumətlərarası danışıqlar keçirilib. Bu barədə Milli telekanal "Altın Əsir" məlumat verib.

Bu məsələyə Türkəmistan Prezidenti Qurbanqlu Berdiməhəmmədovun əfqan nümayəndələri - maliyyə naziri Həzrət Ömər Zahilval, dağ sənayesi naziri Vahidulla Şəhrani və energetika və su resursları naziri Məhəmməd İsmayıl Xanla görüşü zamanı toxunulub.

Əfqan tərəfi Türkmənistanın BMT Baş Assambleyasının 65-ci sesiyasında Əfqanıstanın qlobal enerji təhlükəsizliyinin, sosial-iqtisadi dirçəlişinin, regionda sülhün və sabitliyin möhkəmlənməsinə aid səsləndirdiyi təşəbbüslərinə "tam dəstək" bildirib.

Tərəflər ticarət, istilik enerji kompleksi, nəqliyyat, elektrik enerjisi sahələrində gələcək qarşlıqlı fəaliyyət imkanları haqqında fikir mübadiləsi ediblər.

Xəbər lenti

Xəbər lenti