...

ARDNŞ Xəzərdəki yataqlardan birində ekoloji monitorinq aparıb

Energetika Materials 18 Oktyabr 2010 15:34 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "8 Mart" dəniz yatağında ekoloji monitorinq aparıb.
ARDNŞ Xəzərdəki yataqlardan birində ekoloji monitorinq aparıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "8 Mart" dəniz yatağında ekoloji monitorinq aparıb. Bu barədə bazar ertəsi ARDNŞ-dən verilən məlumatda deyilir. Monitorinq neft şirkətinin Ekologiya İdarəsi tərəfindən keçirilib.

Monitorinq zamanı yataq ərazisində seçilmiş 15 stansiyada dəniz dibi çöküntüləri, bentos, dəniz suyunda fitoplankton və zooplankton nümunələri götürülüb, stansiyalarda dəniz axınları ölçülüb, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilib.

Kompleks analitik təhlillərin aparılması üçün götürülmüş nümunələr Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti