...

"Azərenerji" SC payız-qış mövsümünə hazırlıq çərçivəsində Abşeron yarımadasının elektrikötürücü xətlərində işlər görüb

Energetika Materials 20 Oktyabr 2010 10:47 (UTC +04:00)
2010-2011-ci illər payız-qış mövsümünə hazırlıq çərçivəsində elektrikötürücü xətlərdə (EÖX) işlərin böyük hissəsi yerinə yetirilib.
"Azərenerji" SC payız-qış mövsümünə hazırlıq çərçivəsində Abşeron yarımadasının elektrikötürücü xətlərində işlər görüb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

2010-2011-ci illər payız-qış mövsümünə hazırlıq çərçivəsində elektrikötürücü xətlərdə (EÖX) işlərin böyük hissəsi yerinə yetirilib. Bu barədə çərşənbə günü "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev məlumat verib.

"Qış mövsümünə hazırlıqdan danışarkən qeyd etmək lazımdır ki, bu il işlərin əksəriyyəti elektrikötürücü xətlərdə, xüsusilə də Abşeron zonasında yerləşən EÖX-lərdə həyata keçirilib", - Pirverdiyev bildirib.

Onun sözlərinə görə, müvafiq hazırlıq işləri elektrik stansiyalarında da aparılıb.

Pirverdiyev deyib ki, Azərbaycanın enerji sisteminin müəyyən olunmuş gücü altı min meqavat təşkil edir.

Bu gün Azərbaycan energetikləri öz peşə bayramlarını qeyd edirlər. 20 oktyabr tarixi 2004-cü ildə energetiklərin peşə bayramı kimi təsdiqlənib. Energetiklər üçün bayram tədbirləri çərçivəsində Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" ASC-nin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Xəbər lenti

Xəbər lenti