...

ARDNŞ "Ümid" dəniz strukturunda kəşfiyyat qazması çərçivəsində işlərin 85 faizindən çoxunu yerinə yetirib

Energetika Materials 20 Oktyabr 2010 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorunda "Ümid" perspektivli dəniz strukturundakı kəşfiyyat quyusunun dərinliyi 5 655 metrə çatdırılıb. Quyunun layihə dərinliyi 6 500 metrdir. Bu barədə öz vəsaitləri hesabına kəşfiyyat qazması aparan ARDNŞ-dəki (Azərbaycan Dövlət Neft Şirkəti) mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda qazma prosesi davam edir. "Kəşfiyyat qazması çərçivəsində işlərin başa çatması, hər halda, gələn ilin əvvəllərində baş tutacaq", - mənbə qeyd edib.

Mənbənin dediyi kimi, ötən yüzilliyin 80-90-cı illərinin əvvəllərində strukturda kəşfiyyat qazması həyata keçirilib. Üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb.

Kəşfiyyat quyusunun qazılması ARDNŞ tərəfindən "Ümid-1" platformasında aparılır. O, tikintisi başa çatmayan "Çıraq-6" platformasının bazasında tikilməklə, proqram çərçivəsində ən iri obyektdir - uzunluğu 72 metrdir. Platforma "Bulla-dəniz" dəniz yatağının 15 kilometrliyində və 58 metrlik dərinliyində yerləşir. Orada, ümumilikdə, 6 qaz quyusunun qazılması planlaşdırılıb.

Bu, ARDNŞ-nin son 15 il ərzində müstəqil surətdə həyata keçirdiyi ilk kəşfiyyat-qazma işidir. "Ümid" strukturunun mümkün ehtiyatları ARDNŞ geoloqları tərəfindən 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat həcmində qiymətləndirilir.

"Ümid" ARDNŞ-nin xüsusi qaz ehtiyatlarını genişləndirməyi planlaşdırdığı perspektivli strukturlardan biridir.

Xəbər lenti

Xəbər lenti