Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi "EP-300" istehsalat kompleksinin fəaliyyəti bərpa olunduqdan sonra Rusiyanın "Nijnekamskneftexim" ASC-nin sifarişinə əsasən, həmin qurğuda istehsalı bərpa edilmiş butadien-butilen fraksiyasının ilk partiyasını Nijnekamska yola salıb. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.
Məlumatda deyildiyinə görə, İB Rusiyanın ən böyük neft-kimya müəssisəsi ilə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Birlik Rusiya müəssisələri ilə kimyəvi məhsulların mübadiləsini genişləndirmək məqsədilə birgə fəaliyyət göstərmək niyyətindədir.
"Azərikimya" İB cari ilin sonunadək Nijnekamska daha bir kimyəvi məhsulun - propilenin göndərilməsini nəzərdə tutub.