Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.İsmayılov/
"Deutsche Bank London" ARDNŞ-yə 100 milyon dollar məbləğində kredit ayırıb. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə deyib.
Mənbə kreditin verilmə şərtlərini və onun istifadə istiqamətini şərh etməkdən imtina edib.
"Deutsche Bank London" artıq 2009-cu il noyabrın 17-də ARDNŞ-yə bir il müddətinə qaytarmaq və illik iki faizlə uzatmaq imkanı ilə 80 milyon dollar məbləğində kredit vermişdi.
ARDNŞ Azərbaycanda neft-qaz əməliyyatlarını həyata keçirir, eləcə də ölkədən xaricdə aktivlərə sahibdir. Şirkət həm quruda, həm də Xəzərin Azərbaycan sektorundakı yataqların kəşfiyyatını və işlənməsini müstəqil şəkildə aparır. ARDNŞ xarici şirkətlərlə birgə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsini aparır. ARDNŞ dünya bazarlarında neft və neft məhsullarının müstəqil satışında da fəal iştirak edir.