...

"Azərenerji" SC elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 7 Mart 2011 16:01 (UTC +04:00)
Yanvar-fevralda "Azərenerji" ASC tərəfindən 3,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
"Azərenerji" SC elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 7 mart /Trend/

Yanvar-fevralda "Azərenerji" ASC tərəfindən 3,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 3,5 milyard kilovat-saatdan çox olub. Bu barədə SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu müddət ərzində istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 3,4 milyard kilovat-saata yaxını istilik elektrik stansiyalarının, qalanı isə su elektrik stansiyalarının payına düşüb.

Fevralda SC tərəfindən 1,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun 1,6 milyard kilovat-saatdan çoxu istilik elektrik, 0,2 milyard kilovat-saatı su elektrik stansiyalarının payına düşüb. 2010-cu ilin fevralında SC tərəfindən 1,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Xəbər lenti

Xəbər lenti