...

Türkmənistan ekoloji məsələləri Transxəzər qaz kəmərinin mühüm aspekti hesab edir - səfir

Energetika Materials 9 Mart 2011 14:16 (UTC +04:00)
Türkmənistan ekologiya məsələlərini Transxəzər qaz kəmərinin reallaşdırılmasında mühüm aspekt hesab edir. Bununla əlaqədar Aşqabad son dərəcədə məhsuldar olan ekoloji sammitin keçirilməsinin təşəbbüskarı olub.
Türkmənistan ekoloji məsələləri Transxəzər qaz kəmərinin mühüm aspekti hesab edir - səfir

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir V.Javoronkova/

Türkmənistan ekoloji məsələləri Transxəzər qaz kəmərinin reallaşdırılmasında mühüm aspekt hesab edir. Bununla əlaqədar Aşqabad son dərəcədə məhsuldar olan ekoloji sammitin keçirilməsinin təşəbbüskarı olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib.

Komekov deyib ki, Türkmənistan enerji resurslarının ixrac marşrutlarının şaxələndirilməsi layihələrinə sadiqdir. Türkmənistan-Çin qaz kəmərinin və Türkmənistan-İran qaz kəmərinin ikinci qolunun inşası buna misaldır.

Onun sözlərinə görə, bunu TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinin reallaşdırılması üzrə görülən işlər də sübut edir.

Səfir bildirib ki, Türkmənistan öz qazının sərhəddə istənilən alıcıya, eləcə də Avropa istiqamətində satmağa hazırdır.

Transxəzər qaz kəməri Türkmənistandan enerji resurslarının Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Avropaya nəqlini nəzərdə tutur. Azərbaycanla yanaşı Türkmənistana Avropaya qaz nəqlinin şaxələndirilməsini nəzərdə tutan qaz kəmərləri üçün əsas xammal tədarükçüsü kimi baxılır.

Xəbər lenti

Xəbər lenti