...

ARDNŞ TAP qaz kəməri layihəsinin perspektivlərini araşdırır

Energetika Materials 11 Mart 2011 13:03 (UTC +04:00)
Albaniya öz şirkətlərinin ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşlığında maraqlıdır. Bunu Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Ermond Hacinaston Bakıda ARDNŞ rəhbəri ilə görüşündə bildirib.
ARDNŞ TAP qaz kəməri layihəsinin perspektivlərini araşdırır

Azərbaycan, Bakı, 11 mart /Trend/

Albaniya öz şirkətlərinin ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşlığında maraqlıdır. Bunu Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Ermond Hacinaston Bakıda ARDNŞ rəhbəri ilə görüşündə bildirib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Hacinastonun sözlərinə görə, Azərbaycanla Albaniya arasında neft və qaz sahəsində əməkdaşlıq üçün böyük imkanlar var.

O, bildirib ki, Albaniya Xəzər hövzəsində hasil olunan təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Transadriatik boru kəməri (TAP) layihəsinə mühüm əhəmiyyət verir.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanın "Cənub enerji dəhlizi" layihəsini dəstəklədiyini xatırladaraq bu çərçivədə TAP layihəsinin də diqqətlə araşdırıldığını qeyd edib.

Transadriatik boru kəməri layihəsi Xəzər regionundan Avropa bazarlarına qaz tədarükünü nəzərdə tutur. Transadriatik boru kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 120 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikilməsi üzrə layihənin dəyəri 1,5 milyard dollar təşkil edir. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr, maksimum isə 20 milyard kubmetr təşkil edir. TAP-ın uzunluğu 520 kilometrdir.

Layihənin səhmdarları İsveçrənin EGL (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti