...

Çin İranda su-elektrik stansiyası tikintisinə 2 milyard dollar sərmayə yatıracaq

Energetika Materials 14 Mart 2011 14:54 (UTC +04:00)
Çin İranın Loristan əyalətində "Bəxtiyari" su-elektrik stansiyasının (SES) tikintisinə 2 milyard dollar sərmayə yatıracaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Çin İranın Loristan əyalətində "Bəxtiyari" su-elektrik stansiyasının (SES) tikintisinə 2 milyard dollar sərmayə yatıracaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, "Bəxtiyari" SES-in tikilməsi üçün İranın Xuzistan və Loristan əyalətlərinin birləşdiyi ərazidə dünyanın ən hündür beton bəndi tikiləcək. Həmin SES ildə 1500 meqavat enerji istehsal edəcək.

Bu layihənin icrası üçün müqaviləni İranın enerji naziri Məcid Namcu və Çinin İrandakı səfiri Yu Honq Yanq bu gün imzalayıblar.
Layihəni Çinin "Sayno Hidro" şirkəti həyata keçirəcək. İmzalanmış müqaviləyə əsasən, bəndin tikinti işləri 10 ilə tamamlanacaq.

Xəbər lenti

Xəbər lenti