...

Ekoloji aspekt Transxəzər qaz kəmərinin reallaşdırılmasına mane olmur

Energetika Materials 17 Mart 2011 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir V.Javoronkova/

Planlaşdırılan Transxəzər qaz kəmərinin ekoloji aspekti bu layihənin həyata keçirilməsi üçün problem yaratmır. Energetika üzrə avropalı ekspert Nil Con Melvin belə hesab edir.

Martın əvvəlində Türkmənistanda "Transxəzər qaz kəmərinin ekoloji aspektləri" mövzusunda konfrans keçirilib. Forumda iki ölkənin ekoloq alimlərinin, neft-qaz mütəxəssislərinin, eləcə də dəniz qaz kəmərlərinin çəkilişində təcrübəsi olan xarici şirkətlərin nümayəndələrinin məruzələri səslənib.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahillərindən Azərbaycanadək çəkilməsi planlaşdırılır. Burada kəmər "Cənub enerji dəhlizi" ixrac marşrutlarına birləşdiriləcək.

"Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko", Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub enerji dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.

Ekspertin sözlərinə görə, keçirilən konfransa müstəqil müəyyənedici hadisə kimi yox, davam edən müzakirələrin bir hissəsi kimi baxmaq lazımdır.

"Lakin o [ konfrans] Transxəzər qaz kəməri üzrə danışıqların yüksək səviyyəyə çatmasından xəbər verir", - Avropa Enerji Agentliyinin üzvü və Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) eksperti Melvin İsveçdən telefonla Trend-ə bildirib.

Bu nəticəyə, həmçinin ona əsasən gəlmək olar ki, indi müzakirələr belə boru kəmərinin tikintisinin praktik tərəfi mövzusu ilə bağlı gedir. O hesab edir ki, Azərbaycan da, Türkmənistan da Transxəzər qaz kəməri layihəsini yaxınlaşdıran ekoloji təsir məsələlərini araşdırmaq fikrindədir.

Analitikin fikrincə, Xəzər dənizinin dibi ilə qaz kəmərinin tikintisi ekoloji problemlər yaratmamalıdır.

"Belə boru kəmərlərinin tikintisi artıq digər rayonlarda aparılıb və görmək olar ki, onların ətraf mühitə təsirinin minimuma yaxınlaşdırılması mümkündür", - o bildirib.

Ekspertin fikrincə, dibindən "Şimal axını" keçən Baltik dənizi buna nümunə ola bilər. Bununla yanaşı, daha mürəkkəb yeraltı qaz kəmərləri mövcuddur.

"Belə boru kəmərlərinin həyata keçirilməsi zamanı ekoloji məsələlərin həllində böyük təcrübə mövcuddur və bu məqamın şübhəsiz ki, öhdəsindən gəlinəcək", - Melvin deyib.

Xəbər lenti

Xəbər lenti